Mənfi 20 dərəcə şaxtada ayaqqabısız və paltarsız qaçmaq əmri

14:38 22 Yanvar 2015
361 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Məftun Salmanov/

Son illərin ən soyuq qışını yaşayan Norveçdə hərbi hissələrin birində mənfi 20 dərəcə şaxtada altı əsgərə ayaqqabısız və paltarsız qaçmaları əmr edildi. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, əmri yerinə yetirən altı əsgərdən üçü donma təhlükəsi ilə üzləşdiyindən xəstəxanaya qaldırıldı.

Hadisə Norveçin Tromsi şəhərindəki hərbi hissədə baş verib. Məlumata görə donmaq üzrə olan əsgərlər hazırda müalicə olunur. Əmri verən zabitlər barədə hərbi polis tərəfindən araşdırma başlanılıb. Müalicə başa çatdıqdan sonra əsgərlər öz hərbi hissələrinə qayıdacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR