Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 1 milyard manatı ötüb

14:38 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 22,7 faiz artaraq 2015-ci il yanvarın 1-nə 8,8 milyard manata çatıb.
ABB-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bankın kredit portfeli illik müqayisədə 16,6 faiz artaraq 2015-ci il yanvarın 1-nə 5,868 milyard manat olub. Fiziki şəxslərə verilmiş kreditlər 678,5 milyon manat təşkil edib.
Ötən il ərzində əhali tərəfindən banka 117,3 milyon manat həcmində əmanət qoyulub. Beləliklə, 1 yanvar 2015-ci il tarixinə əhalinin ABB-dəki əmanətlərinin həcmi 1,730 milyard manata bərabər olub. Bankın məcmu kapitalı 1008,4 milyon manata, nizamnamə kapitalının həcmi 590,2 milyon manata çatıb.
Bankın gəlirləri 585,8 milyon manat, xalis mənfəəti 64,5 milyon manat təşkil edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR