DSMF sədri Xaçmazda qəbul keçirib

DSMF sədri Xaçmazda qəbul keçirib
14:39 22 Yanvar 2015
214 Sosial
Ölkə mətbuatı
A- A+

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev yanvarın 22-də Fondun Xaçmaz rayon şöbəsinin inzibati binasında 5 rayondan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən xəbərə görə, DSMF sədrinin qəbuluna gələn Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri əsasən pensiya təyinatı, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət ediblər. Görüş zamanı həmçinin, əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması və digər məsələlər barədə təklif və şikayətlər dinlənilib.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Fondun məsul əməkdaşlarının və Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR