“Bu gün cavan qızlar və oğlanlar televizora baxıb müğənnilərdən nəsə götürürlər. Onlara örnək olmağa çalışmalıyıq. Maskalanıb efirə çıxmaq lazım deyil”.
Axşam.az-ın məlumatına görə, bu sözləri “5/5” verilişinin qonağı olan müğənni Nadir Qafarzadə deyib.
“Kimdə nə yoxdur, ondan danışır. Amma mən belə etmirəm. Nəyim varsa, o haqda danışacam. Çıxıb deyirlər ki, maşınım, filan şeyim var. Əslində belə deyil. Birində maşın, digərində abır-həya yoxdur. Bunda siz aparıcılar günahkarsınız. Müğənniləri efirə çağırırsınız, xalqa namus, ər dərsi keçirlər. Amma əslində elə onun əxlaqı, namusu, şəxsiyyəti sıfırdır. Nəyisə reytinq xətrinə etmək olmaz”.