Raket neft bazasına düşdü

Raket neft bazasına düşdü
10:31 26 Dekabr 2014
92 Dünya
Ölkə mətbuatı
A- A+

Liviyada islamçı yaraqlılarla döyüş və Sirtedə baş verən qarşıdurma zamanı19 nəfər həlak olub, xeyli insan xəsarət alıb.

ANS PRESS-in məlumatına görə, Es Sider şəhərində isə raket neft bazasına düşüb. Nəticədə yanğın baş verib. Rəsmi şəxslər zərərin çox olmadığını deyiblər.

Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan höküməti “Liviya şəfəqi” adlanan üsyançı qrupun avqust ayında paytaxt Tripolini işğal etdiyindən sonra fəaliyyətinə ölkənin şərqindən davam edir.

BMT Liviyadakı döyüşlərdə avqust ayından bəri yüzlərə insanın həlak olduğunu və ölkədəki hərbi qrupların müharibə cinayətlərinə görə məsulliyət daşıdıqlarını bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR