Xamenei Qərbi günahlandırdı

Xamenei Qərbi günahlandırdı
14:41 22 Yanvar 2015
197 Dünya
Ölkə mətbuatı
A- A+

İranın Ali lideri Ayatolla Əli Xamenei Avropa və ABŞ gənclərinə açıq məktub yazıb. O məktubunda bildirir ki, Qərb İslama və müsəlmanlara qarşı nifrət hissi yaymağa çalışır.

ANS PRESS-in BBC-nin Rusiya bürosuna istinadla verdiyi məlumata görə, Ayatolla Əli Xamenei gəncləri "yalan məlumat vermək üzrə kampaniyalar"ın qurbanı olmamağa, İslam haqqında ilk mənbədən, ilk növbədə "Qurani Kərim"dən bilik almağa çağırıb.

Onun Qərb gənclərinə müraciət etməsinə səbəb Fransada baş verən son hadisələr olub. İngilis dilində yazılmış müraciət İran mənəvi liderinin rəsmi saytında dərc edilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR