"Anayam deyə seksual ola bilmərəm?" - fotolar

"Anayam deyə seksual ola bilmərəm?" - fotolar
14:56 22 Yanvar 2015
191 Şou
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli müğənni-aktrisa Cennifer Lopez “Complex” jurnalının mart sayı üçün fotokameralar qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, "The Boy Next Door" filmi ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşan Cey Lo səhnə şouları və geyimlərinə görə onu müzakirə edənlərə belə cavab verib:

“Anayam deyə seksual ola bilmərəm? Yaşımla da fəxr edirəm. İnsan yaşa dolduqca təcrübəsi artır. Mən hələ də özümü gənc hesab edirəm. 24 yaşlı qızın yanında dayananda onunla aramda heç bir fərq hiss etmirəm”. Uşaqlarından danışan ifaçı onların həyatında xüsusi yer tutduqlarını deyib:

“Onlar məni xilas etdilər. Uşaqlarım mənə öz həyatım haqda fikirləşməyi və daha da məsuliyyətli olmağı öyrətdilər. Atdığım hər addımda onları fikirləşirəm ki, gələcəkdə incidilməsinlər.








Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR