Astara rayon sakinindən beş kiloqrama yaxın heroin və tiryək götürülüb

Astara rayon sakinindən beş kiloqrama yaxın heroin və tiryək götürülüb
15:03 22 Yanvar 2015
256 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhər sakini Rəşad Camalovdan 2 kiloqram 860 qram heroin və 1 kiloqram 900 qram tiryək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR