Ötən il sığorta ödənişləri ilə bağlı 717 şikayət daxil olub

Ötən il sığorta ödənişləri ilə bağlı 717 şikayət daxil olub
15:03 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, Samirə Quliyeva, AzərTAc
Azərbaycan Maliyyə Nazirliyinə 2014-cü ildə vətəndaşlar tərəfindən sığorta ödənişləri ilə bağlı 717 şikayət daxil olub.
AzərTAc xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Mahir Abdullayev məlumat verib. Bildirilib ki, şikayətlərin 684-ü ötən il icra olunub, 33-ü isə hazırda icradadır.
M.Abdullayev qeyd edib ki, araşdırmalar nəticəsində 123 şikayətin əsaslı olduğu müəyyənləşdirilib və sığorta şirkətləri tərəfindən sığortalılara təxminən 367 min manatdan çox ödənişin həyata keçirilməsi təmin edilib. Ümumilikdə isə, 439 şikayətin əsası olduğu müəyyən edilib. 121 şikayət üzrə mübahisəli məqamlar olduğu üçün sığortalılara məhkəmə qaydasında problemin həlli məsləhət görülüb, 1 şikayət isə sığorta ilə bağlı olmadığı üçün aidiyyəti orqanlara göndərilib.
Rəis müavini qeyd edib ki, şikayətlərin sayında hər il artım müşahidə olunur. Bu, nəqliyyat vasitələrinin qəzalarının artması ilə bağlıdır. Kasko sığortası üzrə şikayətlər üstünlük təşkil edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR