"Bakı"nın futbolçusu rəsmən İngiltərə klubunda - FOTO

"Bakı"nın futbolçusu rəsmən İngiltərə klubunda -   FOTO
15:07 22 Yanvar 2015
201 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı"dan qaçan Yure Travnerin yeni iş yeri rəsmən müəyyənləşib. Fanat.az хəbər verir ki, sloveniyalı futbolçu İngiltərənin "Ridinq" klubu ilə müqavilə imzalayıb.


Bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 29 yaşlı müdafiəçi ilə mövsüm sonunadək müqavilə imzalanıb.


Qeyd edək ki, Travner dekabr ayından "Ridinq"in düşərgəsindədi. Lakin onun "Bakı" ilə müqaviləsi olduğundan keçidi rəsmiləşmirdi. İngiltərə klubu artıq problemi həll edib və müqavilə imzalayıb.


Travner "Bakı"ya 2013-cü ilin yayında "Mura 05"dən keçmişdi. Müdafiəçi ölkəmizdə 45 oyun keçirib və 4 qol vurub.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbakquotnn-futbolcusu-rsmn-ngiltr-klubunda-t17699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR