Lalədən Mətanətə canlı yayımda sürpriz – foto

Lalədən Mətanətə canlı yayımda sürpriz – foto
15:11 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Aparıcı Lalə Azərtaş canlı yayımda həmkarı Mətanət Əliverdiyevaya sürpriz edib.

Axşam.az-ın məlumatına görə, jurnalist fəaliyyətinə başlamasından 20 il ötən M.Əliverdiyevaya çiçək dəstəsi göndərən aparıcı onu təbrik edib. Təəssüratlarını bölüşən Mətanət bu günün onun üçün doğulduğu gündən də önəmli olduğunu deyib:

“1995-ci il, yanvarın 21-də ANS-də işə düzəldim. Orada çalışan insanlara çox sağ ol deyirəm ki, püxtələşməyimdə rolları olub. Məhz oradakı peşəkarların mənim bu yerə çatmağımda əməyi var. Bu gün mənim üçün doğulduğum gündən də önəmlidir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR