Prezidentlər Bakıya toplaşır

Prezidentlər Bakıya toplaşır
15:11 22 Yanvar 2015
165 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərindən iştirakı ilə baş tutacaq sammit bu il Bakıda keçiriləcək.

ANS PRESS-in "Tbilisskaya nedelya"ya istinadən verdiyi məlumata görə, bunu Gürcüstan prezidenti administrasiyası rəhbərinin müavini Georgi Abaşişvili bildirib.

O deyib ki, hər il təşkil olunan sammit növbəti il Türkiyədə keçiriləcək.

"Gürcüstan prezidenti görüşün vacibliyini demək olar hər xarici səfərində xüsusi vurğulayır. Bizim məqsədimiz Gürcüstanın Asiya ilə Avropa arasında körpü rolunu bir az möhkəmləndirməkdir. Gürcüstan Türkiyə və Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yönəldir", - deyə Georgi Abaşişvili bildirib.

Xatırladaq ki, ötən ilki sammit Gürcüstanda təşkil edilmişdi .
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR