Ötən il Azərbaycanda istehlak bazarı 10% artıb

15:12 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 15:05 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2014-cü ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkə bazarlarında satılmış əmtəə və xidmətlərin həcmi 30,0 mlrd. manat olmaqla 2013-cü illə müqayisədə 9,5% artıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak bazarı üzrə ümumi artımın 76,1%-i ticarət, 23,9%-i xidmət fəaliyyətinin hesabına yaranıb.

 

2014-cü ildə özəl bölmənin ticarət və xidmət fəaliyyəti daha da genişlənmiş və istehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutub. Özəl təsərrüfat subyektlərində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi əvvəlki ilin səviyyəsini 10,0% üstələyib. Hesabat ilində hər bir istehlakçı orta hesabla ayda 265,3 manatlıq və ya əvvəlki illə müqayisədə 23,4 manat çox əmtəə almış və pullu xidmətlərdən istifadə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR