Şaxta babanın tövsiyələri

Şaxta babanın tövsiyələri
10:46 26 Dekabr 2014
117 Dünya
Ölkə mətbuatı
A- A+

İqtisadi tənəzzül və rublun dəyərdən düşməsi narahatlıqlarına baxmayaraq, paytaxt Moskvada bayram əhvali-ruhiyyəsi hiss olunur. Moskva sakinləri və qonaqlar yeni il şənliklərini yarmarkalarda keçirir.

ANS PRESS-in "Amerikanın səsi" radiosuna istinadla xəbər verir ki, neft qiymətlərinin düşməsi və qərbin sanksiyalarının rublun dəyərini salması idxal mallarının qiymətinin qalxmasına səbəb olub. Bu da öz növbəsində Rusiya irtisadiyyatını tənəzzülə uğradır.

Rusiya prezidenti Vladimri Putin iqtisadia gərginliyin bir-iki il davam edəcəyini deyib. Lakin bu, rusların narahatlıqalrını azaltmır.

Moskva sakini Soso deyib: "“Mən bu barədə düşünməməyə çalışıram. Vəziyyət çox ağırdır və biz bunun hecə davam edəcəyini görəcəyik. Qorxuludur.”

Bu il səyahətə çıxa bilməyən rusiyalıların çoxu qış mövsümünün əyləncələri ilə kifayətlənəcək. Bayram alış-verişinə çıxan müştərilər pul xərcləmə vərdişlərini dəyişməli olsalar da, hədiyyələr almaqda davam edirlər.

Mariya adlı bu qadın trikotaj mallar satır. O bildirib ki, iqtisadi problemlər üzündən insanlar daha ucuz və daha praktiki mallar alır. Bu mallar ən çox satılan mallardandır.

Kisəsində pulu tükənmiş Rusiya Yeni ilə hazırlaşdığı bir vaxt, Şaxta baba bayram tövsiyələri verir: “Mən nə sehrbazam, nə də cadugər, mən sadəcə Şaxta babayam. Sizin yeni iliniz özünüzdən asılıdır."

Bayram əhvali-ruhiyyəsinə baxmayaraq, Kremlin iqtisadiyyatı tənzimləyə bilməyəcəyi və Ukraynaya təcavüzü davam etdirəcəyi müddətində Rusiyada iqtisadi böhranın daha da dərinləşəcəyini deyənlərin sayı az deyil.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR