Sığorta bazarında aparılan yoxlamalar zamanı 22 rəhbər işçi cərimələnib

15:28 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, Samirə Quliyeva, AzərTAc
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin ötən il sığorta bazarında apardığı yoxlamalar zamanı 22 rəhbər işçinin fəaliyyətində pozuntular aşkar edilib və işçilər 5850 manat məbləğində cərimələniblər.
AzərTAc xəbər verir ki, bu barədə məlumat verən Dövlət Sığorta Nəzarəti Xidməti rəisinin müavini Mahir Abdullayev qeyd edib ki, Maliyyə Nazirliyi 11 sığorta şirkətində yoxlama aparıb, 10 şirkətə təqdimat göndərib, pozuntu hallarının aradan qaldırılması ilə bağlı yazılı göstəriş verib. Sığorta şirkətlərinin fəaliyyətinə nəzarət gücləndirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR