Mövlud Mirəliyev böyük idmana qayıdıb

Mövlud Mirəliyev böyük idmana qayıdıb
15:33 22 Yanvar 2015
307 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev (100 kq) öz idman karyerasını bərpa etmək niyyətindədir. Sambo üzrə Azərbaycan çempionatının gümüş medalını qazanan tanınmış idmançı Bakıda I Avropa Oyunlarında iştirak etmək əzmində olduğunu göstərib. Hadisələrin belə gedişatı təəccüb doğurmamalıdır, çünki Mövlud yaxşı formadadır.
AzərTAc xəbər verir ki, olimpiyaçı ötən il veteranlar arasında cüdo üzrə dünya çempionatında çıxış edib və qızıl medal qazanıb. Mundialdan sonra etiraf edib ki, özünü on yaş cavan hiss edir və onda yenidən mübarizə aparmaq əzmi oyanıb. Sambo “Bakı-2015” proqramına daxil edildikdən sonra o, ciddi şəkildə böyük idmana qayıtmaq barədə düşünüb. Mövlud Mirəliyev artıq bu istiqamətdə ilk addımını ataraq milli birincilikdə ikinci nəticə göstərib. Təbii ki, Mövlud Mirəliyevin Avropa Oyunlarında iştirakından baş tutmuş fakt kimi danışmaq çox tezdir, çünki hələ qarşıda seçim var. Mirəliyev təlim-məşq toplantılarında iştirak etməli, daha sonra çempionatın mükafatçılarının iştirak etdiyi yekun seçim mərhələsindən keçməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR