Murmansklı həmyerlilərimiz yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə layiqincə çıxış ediblər

15:33 22 Yanvar 2015
166 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Norveçin Tana şəhərində yunan-Roma güləşi üzrə Beynəlxalq turnir keçirilib. Yarışlarda 240 idmançı iştirak edib. Rusiyanı Tver, Sankt-Peterburq, Novqorod, Arxangelsk, Murmansk, o cümlədən Murmansk vilayətinin Oleneqorsk, Kola və Snejnoqorsk şəhərlərindən idmançılar təmsil ediblər.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Əlihüseyn Şükürov AzərTAc-a bildirib ki, həmyerlilərimiz Xəzər Mirzəyev (58 kq) və Mənsur Babayev (85 kq) bürünc medal qazanıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR