BP ittihama cavab verdi

BP ittihama cavab verdi
15:36 22 Yanvar 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

“BP şirkətində hələ ki, heç bir ixtisar aparılmayıb”.

ANS PRESS-ə bu barədə “BP Azərbaycan” şirkətinin mətbuat xidmətinin başçısı Tamam Bayatlı bildirib.

BP-nin Azərbaycanda ixtisarlara başlaması barədə bu gün yayılan xəbərləri şərh edən Tamam Bayatlı sözügedən xəbərlərin “BP”nin podratçısı olan “ASCO” şirkətində baş verdiyini deyib. “Podratçı şirkətlərdə hansı proseslərin getməsinin bizə dəxli yoxdur. Bu barədə həmin şirkətlərə müraciət edilməlidir”, - deyə Tamam xanım bildirib.

Məsələ isə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı öz “Facebook” səhifəsində “BP”yə təchizat xidməti göstərən “ASCO” şirkətində iki nəfərin ixtisara salınması ilə bağlı məlumat yayıb. “Təşkilatımız onlara hüquqi yardım göstərəcək”, - deyə Mirvari Qəhrəmanlı vurğulayıb. Bəzi mətbuat orqanları isə bunu “BP”nin Azərbaycanda da ixtisarlara başlaması, xeyli adamın işini itirməsi kimi təqdim edib.

“BP” isə Azərbaycan bölməsində də dəyişikliklər ola biləcəyini, amma hələ ki, hər şeyin əvvəlki kimi olduğunu bildirir. “Biz də öz işimizə yenidən baxacağıq. Dəyişikliklər üç istiqamətdə gedə bilər. Əvvəlcə təchazat istiqamətinə baxacağıq. Daha sonra əməliyyat sektoru nəzərdən keçiriləcək. Həmçinin şirkətdə struktur dəyişiklikləri ola bilər”,- deyə Tamam Bayatlı vurğulayıb.



Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR