Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti xanım Simonetta Sommaruqanın görüşü

Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti xanım Simonetta Sommaruqanın görüşü
15:38 22 Yanvar 2015
81 Digər
Ölkə mətbuatı
A- A+


Davos, 22 yanvar, AzərTAc
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqanın görüşü olub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi sahədə səmərəli əlaqələrin olduğu qeyd edildi və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu diqqətə çatdırıldı. İsveçrə şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşu, enerji sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki fəaliyyətinin əhəmiyyəti vurğulandı.
Söhbət zamanı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd olundu, Azərbaycanın və İsveçrənin həyata keçirəcəyi birgə layihələrin qarşılıqlı faydalı olduğu bildirildi, mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR