Azərbaycan prezidenti Davosda isveçrəli həmkarı və İsrailin sabiq prezidenti ilə görüşlər keçirib

15:47 22 Yanvar 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 15:44 ]

Bakı – APA. Davosda Azərbaycan prezidenti İlham Əliyevin isveçrəli həmkarı Simonetta Sommaruqa ilə görüşü keçirilib.

APA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, iqtisadi sahədə səmərəli əlaqələrin olduğu qeyd edilib və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu diqqətə çatdırılıb.

 

Tərəflər İsveçrə şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşu, enerji sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki fəaliyyətinin əhəmiyyətini vurğulayıb.


Söhbət zamanı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd olunub, Azərbaycanın və İsveçrənin həyata keçirəcəyi birgə layihələrin qarşılıqlı faydalı olduğu bildirilib, mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
 

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

Prezident İlham Əliyev həmçinin İsrailin sabiq prezidenti Şimon Pereslə görüşüb. Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib.


Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın və mədəniyyətlərarası dialoq istiqamətində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR