13 min nəfərdən çox tənha ahıl və əlil vətəndaş sosial-məişət xidməti ilə təmin olunur

13 min nəfərdən çox tənha ahıl və əlil vətəndaş sosial-məişət xidməti ilə təmin olunur
15:48 22 Yanvar 2015
196 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən hazırda 13 003 nəfər tənha ahıl və əlil vətəndaş evlərində sosial-məişət xidməti ilə təmin olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 10 753 nəfəri yaşı 70-dən yuxarı olanlardır. Müvafiq qanunvericiliyə uyğun olaraq, şəhər və qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Sosial işçi həftədə azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olur, onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə kömək göstərir.

Ahıllıq və əlillik səbəbindən özünə qulluq qabiliyyəti olmayan, tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları və ya valideynləri olmayan vətəndaşlar (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda) evlərində sosial xidmətlə təmin edilirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR