Merkel Qarabağdan narahatdır (VİDEO)

Merkel Qarabağdan narahatdır (VİDEO)
15:56 22 Yanvar 2015
197 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ermənistan cəbhə xəttində atəşkəsin tez-tez pozulmasına Almaniya kansleri Angela Merkel münasibət bildirib.

ANS TV-nin məlumatına görə, ötən gün Berlində prezident İlham Əliyev ilə görüş sonrası birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran xanım Merkel Almaniyanında Dağlıq Qarabağ münaqişənin həllində vasitəçi olmaq istədiyini vurğuladı. Angela Merkel Dağlıq Qarabağ münagişəsində Rusiyanın da müəyyən maraqlarının olduğunu bildirib.

“Təbii ki, atəşkəsin tez-tez pozulması xoşagəlməz haldır. Düşünürəm ki, Rusiya bu məqamda müəyyən rol oynayır. Mən sadəcə olaraq bunu qeyd etmək istərdim. Fikrimcə Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər”-deyə xanım Merkel cavab verib.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR