Şahin Sultanovun məhkəmə prosesi başladı (VİDEO)

Şahin Sultanovun məhkəmə prosesi başladı (VİDEO)
16:01 22 Yanvar 2015
224 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəsimi rayon məhkəməsinin inzibati binasında Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

ANS TV-nin məlumatına görə, Respublika Hərbi Prokurorluğundan bildirilib ki, Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib və onlarda təqsirli bilinən bir neçə nəfər, o cümlədən vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Şahin Sultanov əvvəlcə həbs edilsə də sonradan məhkəmənin qərarı ilə həbs ev dustaqlığı ilə əvəz edilib.

Mənbə
ANS TV


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR