Ən çox satılan maşın

Ən çox satılan maşın
16:01 22 Yanvar 2015
442 Digər
Ölkə mətbuatı
A- A+

2014-cü ilin ən çox satılan maşınının adı açıqlanıb. ANS PRESS-in məlumatına görə, ötən il avtomobil sektorun lideri "Toyota" olub. Yapon avto konserni dünya üzrə 10 milyondan çox maşın sataraq ilin ən çox üstünlük verilən markası olub.

"Toyota" satış rəqəmlərini rəqiblərindən bir həftə sonra açıqlayıb. Şirkət il ərzində 10,23 milyon maşın sata bilib.

"Toyota"nın uğurunda onun tərkibindəki "Lexus" və "Daihatsu"nun da rolu böyükdür.

Şirkət bu ilin hədəflərini də öyrənib. Belə ki, adıçəkilən şirkət 2015 hədəflərini 1 faiz azaldaraq - 10,15 milyon edib.

İkinci pillədə isə Almaniya avtomobil nəhəngi "Volkswagen"dir. Onun da satışı 10 milyona yaxın olub.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=321189

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR