I Avropa Oyunları ilə əlaqədar bəzi marşrut avtobuslarının dayanacaqlarının köçürülə biləcəyi yerlərin adları açıqlanıb

16:02 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 15:58 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. İyunda ayında Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar əsas yol kimi götürülən Ziya Bünyadov və Heydər Əliyev prospekti ilə yanaşı, yarış və qeyri-yarış meydançalarına aparan əlavə yollar da ayrılacaq.

 

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov bildirib.

 

N. Həsənovun sözlərinə görə, artıq Ziya Bünyadov prospektində işlər başa çatdırılmaq üzrədir.

 

Olimpiya oyunları ilə əlaqədar avtobusların hərəkət sxemləri ilə bağlı hazırda müzakirələr aparıldığını deyən N. Həsənov bildirib ki, təkliflərdən biri Ziya Bünyadov və Heydər Əliyev prospekti ilə hərəkət edən avtobusların istiqamətinin dəyişdirilməsi və müəyyən məhdudiyyətlərin qoyulmasından ibarətdir: “Məsələn, Nizami rayonu Koroğlu metro stansiyası ərazisində yerləşən avtobus dayanacaqlarının Bakıxanov qəsəbəsi və Qara Qarayev metro stansiyasının ətrafına köçürülməsi ehtimal edilən versiyalardan biridir. Yəni Bakının qəsəbələrindən gələn avtobusların həmin istiqamətə, birbaşa metro çıxışlarına hərəkət etmələrinin təmin olunması nəzərdən keçirilir”.

 

Nazirliyin rəsmisi bildirib ki, hazırda bu təkliflər müzakirə mərhələsindədir və tam təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR