Lənkəranda general Həzi Aslanovun 105 illiyinə həsr olunmuş mərasim keçirilib

16:02 22 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 15:56 ]


Lənkəran. Ağəddin Babayev - APA. Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 105 illiyi onun doğulduğu Lənkəranda qeyd olunub. 

 

APA-nın cənub bürosunun məlumatına görə, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında keçirilən mərasimdə teatrın aktyoru, Azərbaycanın xalq artisti Qabil Quliyev  çıxış edərək, Həzi Aslanovun keçmiş ittifaqın bütün hərbi orden və medallarına layiq görülmüş nadir hərbçilərdən biri kimi dəyərləndirməklə, onun eyni zamanda iki dəfə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən yeganə azərbaycanlı olduğunu xüsusi qeyd edib. 


Mərasimdə teatrının aktyorlarının və "Gənc Aslanovçular klubu” üzvlərinin ifasında qəhrəmanlıq ruhlu ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Daha sonra “Dəmir atlı cəngavər” sənədli-bədii filminə baxış olub.

 

Yubiley mərasimi iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Ev-muzeyində davam etdirilib.

 

Muzeyin direktoru Tamara Fətullayeva bir daha generalın şərəfli ömür yolundan söz açıb və eyni zamanda iştirakçıları burada toplanmış eksponatlarla tanış edib. Qəhrəmanın büstü önündə "Gənc Aslanovçular klubu”nun üzvləri Azərbaycan şairlərinin Həzi Aslanova ithaf etdikləri şeirləri söyləyiblər.

 

Qeyd edək ki, 1969-cu ilin 9 mayında fəaliyyətə başlayan muzey bir neçə il öncə əsaslı təmir edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR