Azərbaycanda yeni müalicə üsulu tətbiq edilə bilər

Azərbaycanda yeni müalicə üsulu tətbiq edilə bilər
16:03 22 Yanvar 2015
257 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda kök hüceyrələrindən istifadə etməklə yeni müalicə üsulu tətbiq edilə bilər. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, parlamentin yaz sessiyası zamanı bu məsələni gündəmə gətirəcək.

M.Quliyevin sözlərinə görə, kök hüceyrələri vasitəsilə bir sıra xəstəlikləri müalicə etmək mümkün olur: “Bu sahənin Azərbaycanda da inkişaf etdirilməsi lazımdır. Xüsusən, yaşlı insanlarda yaranan alsheymer xəstəliyi, dağınıq skleroz xəstəliyi, bir sıra irsi-genetik xəstəliklərin aradan qaldırılması üçün kök hüceyrələrinin çox vacib əhəmiyyəti var”.

O, qeyd edib ki, kök hüceyrələrinin Azərbaycanda istifadə olunması ilə bağlı qanun layihəsi və yaxud müvafiq qanuna əlavə və dəyişikliklər təqdim etmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR