Rusiyada qəribə hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, sərxoş bir polis avtomobillə irəliləyən vətəndaşın yoluna çıxıb. Ayaqüstə dayanmaqda çətinlik çəkən polis sürücünün təkidinə baxmayaraq maşının qarşısından çekilmək istəməyib.
Polisin bu hərəkətindən qəzəblənən sürücü polisi yoldan kənarlaşdırıb. Ancaq polis yenidən yola çıxıb və avtomobilin hərəkətinə icazə verməyib.
Bu səfər isə sürücü əsəbiləşərək avtomobildən düşüb və polisin üzərinə hücum çəkib. Bu zaman sərxoş polis sürücüyə silah çəkib. Ancaq sürücü o qədər əsəbiləşib ki, silahı heçə sayaraq polisin üzərinə gedib və onu döyüb.
Mənbə
ANS PRESS