Dəmiryol xətlərinin çəkilişi vergi daxilolmalarına təsir edib

Dəmiryol xətlərinin çəkilişi vergi daxilolmalarına təsir edib
16:09 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda 7 iri tədiyyəçinin vergi daxilolmaları 2012-ci ildə 1 milyard 574,2 milyon manat, 2013-cü ildə 1 milyard 710,1 milyon manat, 2014-cü ildə isə 1 milyard 978,2 milyon manat olub”. Lent.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyi yanında Xüsu­si Rejimli Vergi Xidməti Departamen­tinin rəisi Zaur Fətizadə bildirib.

Departament rəisi vurğulayıb ki, bu göstəricilər həmin ödəyicilərin dövlət büdcəsinin formalaşmasında nə qədər mühüm rola malik olduğunu bir daha sübut edir.

“Dövlət şirkətlərində idarəetmə prinsiplərinin təkmilləşdirilməsi onların fəaliyyət sahələri üzrə iqtisadi göstəricilərinə öz müsbət təsirini göstərmişdir. Keyfiyyətli və qənaətbəxş telekommunikasiya xidmətlərinin təqdim olunması, peyk rabitəsi texnologiyalarından istifadə, kommunal təsərrüfat sferasında göstərilən xidmətlərin dəyərinin ödənilməsi üzrə yığım faizinin artımı, su infrastrukturunun yenilənməsi, nəqliyyat sahəsində yeni su və hava gəmilərinin alınması, xarici ölkələrə yeni marşrutların açılması, dəmiryol  xətlərinin çəkilişi, yük daşımaları üzrə gəlirlərin artımı dövlət büdcəsinə iri tədiyyəçilərin vergi daxilolmalarındakı artan tendensiyasının növbəti illərdə də davam etdiriləcəyindən xəbər verir”-deyə, nazirlik rəsmisi əlavə edib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR