"İdman Azərbaycan" tanınmış şərhçisi işdən çıxdı

16:14 22 Yanvar 2015
205 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış futbol şərhçisi və teleaparıcı İsmayıl Abdullayev "İdman Azərbaycan" kanalından gedib. Lent.az-ın məlumatına görə, İ.Abdullayev özü bu haqda facebook səhifəsində yazıb: “Artıq mən də “ İdman Azərbaycan” TV və Azərbaycan dövlət televiziyasının siravi tamaşaçısına çevrildim. 5 il yarım jurnalisti, aparıcısı və şərhçisi kimi fəaliyyətimdə əvəzsiz rolu olan bu telekanallardan, ən əsası yaxın qardaşlarımdan ayrılmaq çətin olsa da, qərarımı qətiləşdirdim. Azdan-çoxdan qazandığım təcrübəyə, uğura görə oradakı hər kəsə, bu müddət ərzində mənə dəstək olan və bəyənməyib tənqid edən hamıya da təşəkkürlər. Ümid edirəm haqqınızı hala edərsiz".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR