Qəsəbədə qaz alovlandı (FOTO)

Qəsəbədə qaz alovlandı (FOTO)
16:16 22 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

Füzuli rayonunun 3 №-li Qayıdış qəsəbəsinə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə ölkəmizdə genişmiqyaslı işlər həyata keçirilir, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunduğu vurğulanıb.

ANS PRESS xəbər verir ki, rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə danışan rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin sözlərinə görə, prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun qazlaşdırılması yaxın günlərdə başa çatdırılacaq və yaşayış məntəqələri mavi yanacaqla təmin ediləcək. O, qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib.

Diqqətə çatdırılıb ki, 3 №-li Qayıdış qəsəbəsinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbədə məktəb, uşaq bağçası fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.

Ümumiyyətlə, 200 abonentin olduğu 3 №-li Qayıdış qəsəbəsinə 7816 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilib, 200 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl yandırılıb və evlərə mavi yanacağın verilməsinə baxış olub.

Tədbirə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri qatılıblar.










Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=321207

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR