Avtomobil çuxura düşdü: sürücü yaralandı

16:17 22 Yanvar 2015
113 Digər
Ölkə mətbuatı
A- A+

Balakəndə bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. "Kanal S" (Region TV) xəbər verir ki, hadisə Balakən-Qazma avtomobil yolunda baş verib.

1983-cü il təvəllüdlü, rayonun Qazma kənd sakini Sərdar Abdurəhman oğlu Eminov idarə etdiyi “VAZ 21015” markalı 08 BF 962 dövlət nömrə nişanlı avtomobillə rayon mərkəzi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı çuxura düşüb.

Qəza nəticəsində xəsarət alan sürücü Sərdar Eminov Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR