BMT İP əhalinin dörddəbir hissəsi hədsiz yoxsulluq şəraitində yaşadığı ölkələr sırasına Ermənistanı da aid edib

BMT İP əhalinin dörddəbir hissəsi hədsiz yoxsulluq şəraitində yaşadığı ölkələr sırasına Ermənistanı da aid edib
16:18 22 Yanvar 2015
200 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Avropa və Mərkəzi Asiyanın keçid iqtisadiyyatı ölkələrində qeyri-bərabərlik və yoxsulluq səviyyəsi artmaqdadır. Region ölkələrinin əksəriyyətində insanların orta ömür müddəti dünya üzrə orta səviyyə ilə müqayisədə azalmaqdadır. Tacikistan, Qırğızıstan və Ermənistanda əhalinin ümumi sayının üçdəbiri hədsiz yoxsulluq şəraitində yaşayır.
Bu məlumatlar BMT İnkişaf Proqramı (BMT İP) çərçivəsində aparılmış yeni araşdırmada öz əksini tapıb.
BMT İP-nin İstanbuldakı Regional Mərkəzinin böyük müşaviri Ben Sley deyib: “Bu ölkələrdə gəlirlərin nisbətən bərabər bölüşdürülməsi, sosial təminat sisteminin nisbətən əlyetərli olması və gender qeyri-bərabərliyinin nisbətən aşağı səviyyəsi kimi tarixi ənənələr postsosializm dövründə də qalır”.
Onun sözlərinə görə, bu gün həmin üstünlüklərin itirilməsi əlamətləri təşviş doğurur, qeyri-bərabərlik problemləri isə başqa regionların inkişaf etməkdə olan ölkələrindəki kimidir.
Yeni məruzənin müəllifləri vurğulayırlar ki, “nisbətən kasıb postsovet respublikalarında”, xüsusən Gürcüstan, Tacikistan, Qırğızıstan və Ermənistanda yoxsulluq ciddi problem olaraq qalır.
Ekspertlər qeyd edirlər ki, bu regiondakı ölkələrdə “yeni yoxsullar” deyilən təbəqə yaranıb. İşləyən imkansızlar, o cümlədən təhsil, səhiyyə, elm və incəsənət sahələrinin işçiləri bu təbəqəyə aiddir. Kənd rayonlarının sakinlərinin yoxsul vəziyyətinə düşməsi riski xüsusilə yüksəkdir.
Regionda həm kişilərin, həm də qadınların orta ömür müddəti qısalır. 1960-cı ildə “MDB-nin qərb ölkələrində” kişilərin orta ömür müddəti dünya üzrə orta göstəricidən 12 il artıq idi. 2012-ci ildə isə bu göstərici dünya üzrə orta göstəricidən iki il az olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_IP_ehalinin_dorddebir_hissesi_hedsiz_yoxsulluq_seraitinde_yasadigi_olkeler_sirasina_Ermenistani_da_aid_edib-826741

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR