Madridin “Real” klubu dünyanın ən varlı klubudur

Madridin “Real” klubu dünyanın ən varlı klubudur
16:18 22 Yanvar 2015
186 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Ötən mövsümdə 550 milyon avro qazanan Madridin “Real” klubu artıq onuncu dəfədir ki, dünyanın ən gəlirli futbol klubu sayılıb.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, Madrid klubu hər il “Deloitte” konsaltinq şirkətinin tərtib etdiyi reytinqə başçılıq edib.
2013/14-cü illər mövsümünün yekunlarına görə, “Real” 550 milyon avro qazanıb. Bu siyahıda ikinci yeri 518 milyon avro gəlirlə “Mançestr Yunayted” tutub. Reytinqdə üçüncü yerdə Almaniyanın “Bavariya” klubu (488) gəlir.
Qalan yerlər belə paylanıb: “Barselona” (İspaniya) – 485, PSJ (Fransa) - 474, “Mançestr Siti” (İngiltərə) – 414, “Çelsi” (İngiltərə) – 388, “Arsenal” (İngiltərə) – 359, “Liverpul” (İngiltərə) – 306, “Yuventus” (İtaliya) – 279.
Maraqlıdır ki, reytinqin ilk iyirmi komandası sırasına İngiltərənin səkkiz birdən daxil olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Madridin_Real_klubu_dunyanin_en_varli_klubudur-826740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR