Azərbaycan parlamentinin 2014-cü il üçün son iclasının tarixi və gündəliyi açıqlanıb

10:57 26 Dekabr 2014
51 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 10:49 ]

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin 2014-cü ildə son iclası dekabrın 30-da keçiriləcək.

Parlamentdən APA – ya verilən məlumata görə, iclasın gündəliyinə 21 məsələ daxildir.

 

Bura Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, R.Rzayevin Ali Məhkəməyə hakim təyin edilməsi, “Aviasiya haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və digər qanun layihələrinin müzakirəsi daxildir.

 

İclasda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Milli Məclis adından müraciət də qəbul olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR