20 Yanvara qeyri-adi fləşmob (FOTO)

20 Yanvara qeyri-adi fləşmob (FOTO)
16:21 22 Yanvar 2015
310 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Tələbələr Birliyi (ASN) 20 yanavar faciəsinin ildönümü ilə bağlı İtaliyanın paytaxtı Romada fləşmob keçirib.

ASN-dən ANS PRESS-ə verilən məlumata görə, fləşmobda Romada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Romadakı tədbirin təşkilatçılarından biri, ASN-in üzvü Həsən İsgəndərovun sözlərinə görə, əsas məqsəd 20 Yanvar faciəsi haqda sadə avropalılara məlumat vermək, onları düşündürərək qanlı tariximizlə maraqlanmalarına təkan vermək olub. Tədbir insanların daha çox axın etdiyi tarixi məkan olan Via Del Corso küçəsində keçirilib.

Tədbirin təşkilatçıları küçədə iki iri rəsm çəkərək özünəməxsus bir formada aksiya keçiriblər. Rəsmlərdən birində 1990-cı ilin şənbə günü saat 00:00 qeyd edilib. Həmin günü hava durumunu isə “Qanlı Yağmur -170 Nəfər” kimi təsvir edilib və “170 nəfər Azərbaycanın müstəqilliyi uğrunda öz canlarından keçdilər” cümləsini yazıblar.

İkinci şəkildə isə 2015-ci il 20 Yanvar günü Bakıda hava durumunun günəşli olduğu və 20 Yanvar hadisələrindən 25 il ötdüyü qeyd edilib. “Azərbaycanın Matəm və Qürur Günü” sözləri həkk olunub. Hər iki şəklin altında isə 20 Yanvarın rəmzinə çevrilmiş tər qərənfillər düzülüb.

































Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR