Millimizin hücumcusu "Boluspor"a keçir

Millimizin hücumcusu "Boluspor"a keçir
16:24 22 Yanvar 2015
174 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Qaziantep BB” klubundan ayrılacağı gündəmdə olan Vaqif Cavadov komandasını dəyişir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan millisinin üzvü PTT I Liqanın digər təmsilçisi “Boluspor”a keçir.

 

Həmkarlarımız Cavadovun meneceri ilə birlikdə səhər saatlarında Boluya getdiyini və danışıq masası arxasında əyləşdiyini yazıblar. Hazırda tərəflər arasında danışığın davam etdiyi bildirilir. Bir dəyişiklik olmasa, Vaqif “Boluspor”la rəsmi müqaviləyə qol çəkəcək. Onun yeni klubu ilə neçə illik sözləşmə imzalayacağı hələlik açıqlanmır.

 

Qeyd edək ki, Vaqif yayda transfer olunduğu “Qaziantep BB”nin heyətində ümumilikdə 21 oyunda çıxış edib və 3 qola imza atıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR