Azərbaycan əsgəri cəsarətlə düşməni məhv edərək, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir

Azərbaycan əsgəri cəsarətlə düşməni məhv edərək, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir
16:28 22 Yanvar 2015
203 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İlkin İzzət/

Ermənistanın Müdafiə Nazirliyi yalan məlumatlar yaymaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistanın Müdafiə Nazirliyinə istinadən düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 22-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməyimiz barədə yaydıqları məlumatlar yalandır: “Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib. Azərbaycan əsgəri cəsarətlə düşməni məhv edərək, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2356074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR