Avtomobillərdə də “qara qutu” olacaq (VİDEO)

Avtomobillərdə də “qara qutu” olacaq (VİDEO)
16:31 22 Yanvar 2015
188 Ölkə
Ölkə mətbuatı
A- A+

Bundan sonra avtomobillərdə də təyyarələrdə olduğu kimi “qara qutu”lar quraşdırılacaq.

ANS TV-nin məlumatına görə, bu yeni cihaz elə təyyarədəki qurğunun funksiyalarını yerinə yetirəcək. Yəni qəza zamanı yaşanan bütün prosesləri qeydə alınacaq. Bu yeniliyin tətbiqi isə Azərbaycanın sığorta bazarının inkişafı üzrə 2015-2017-ci illəri əhatə edən fəaliyyət planında nəzərdə tutulub. Sığortaçılar Assosiasiyasının təklif etdiyi mexanizm qəza zamanı sığortalı ilə şirkət arasında yaşanan çoxsaylı mübahisələrə son qoymalıdır.

Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramovun sözlərinə görə, avtomobilə qurlaşdırılan balaca “qara qutu” hadisə baş verməmişdən 10 saniyə əvvəli, hadisə trayektoriyası, hadisə zamanı dəyən ziyanı və ehtimal olunan ziyanı əvvəlcədən göstərir. Bundan əlavə qutu hadisədən sonrakı sürəti və dayandığı yeri də özündə əks etdirir. Bunu görən şirkət artıq sənədləşməyə, videyoya ehtiyac olmadığını bilir. Çünki bu qədər böyük işlərin hamısını “qara qutu” özü yerinə yetirir.


Mənbə
ANS TV


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR