Tünzalə Ağayeva yeni klipini təqdim etdi - fotolar

Tünzalə Ağayeva yeni klipini təqdim etdi - fotolar
16:36 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Tünzalə Ağayeva bu gün jurnalistlərlə görüş keçirib.

Axşam.az xəbər verir ki, ifaçı sözləri şair, publisist Rəşad Məcidə, musiqisi isə özünə məxsus olan “Get” adlı mahnının klipini təqdim edib.

T.Ağayevanın sözlərinə görə, bəstəni Türkiyənin tanınmış gitara ifaçısı Özgür Abbakla birgə hazırlayıb:

“Klipi rejissor Fərhad Əli ekranlaşdırıb. Evimdə dəyərli yazıçı və şairlərimizin mənə hədiyyə etdikləri çoxlu kitablar var. Həmin kitablardan biri də hörmətli şairimiz Rəşad Məcidindir. Kitabda “Get” şeirini oxuyanda ilk misraları mənə çox təsir etdi. Rəşad Məcidin sözlərinə musiqi bəstələyib oxumaq mənim üçün böyük şərəfdir. Düşünürəm ki, onun şeirlərinə tez-tez müraciət edəcəyəm".

Mahnının sözlərinin müəllifi Rəşad Məcid isə çıxışında nəğməni bəyəndiyini bildirib:

"Tünzalə xanım mənim şeirdə ifadə etmək istədiyim ovqatı tuta bilib".

Qeyd edək ki, klipin prodüseri Yalçın Cabbarovdur. Sənətçinin imici üzərində stilistlər - Sərxan və Anar Ağakişiyev çalışıblar. Müğənninin geyimlərini isə modelyer Gülnarə Xəlilova hazırlayıb.

Sərvər Mehtiyev

Foto: Rəşad ABBASOV















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR