Erməni məclisində dava

Erməni məclisində dava
16:36 22 Yanvar 2015
185 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan parlamentində Gümrü faciəsi ilə bağlı dinləmələr qalmaqalla müşayiət ohlunuib.

ANS PRESS-in məlumatına görə, Gümrü faciəsini həsr olunmuş dinləmələrdə "Çiçəklənən Ermənista" fraksiyasının katibi Naira Zoqrabyan sərt çıxış edib. O, dinləmələrin saat yarım nəzərdə tutulmasına etiraz edib. "Belə qısa vaxt ərzində bu cür vacib məsələni əhatə etmək mümkün deyil. Bu məsələ üçün dinləmələrə saat yarım ayrılması müzakirələrin görüntü xatirinə təşkil edildiyini göstərir", - deyə Naira Zoqrabyan bildirib.

"İrs" fraksiyasının rəhbəri Ruben Akopyan isə müzakirələrin keçirildiyi zalın kiçikliyindən şikayət edərək dinləmələr üçün başqa məkanın seçilməsinin vacibliyini bildirib.

Dinləmələr sonadək hakimiyyətin ünvanına sərt ittihamlarla yadda qalıb. Spiker deputatları sakitləşdirərək dinləmələrin yenidən təşkil ediləcəyini desə də bu heç nəyi dəyişməyib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Bu günlərdə dünyasını dəyişmiş Seryoja Gümrüdə dəfn edilib. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR