Nazirlik 13 min nəfərdən çox tənha ahıl və əlili sosial-məişət xidməti ilə təmin edib

16:42 22 Yanvar 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 16:39 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən hazırda 13 003 nəfər tənha ahıl və əlil vətəndaş evlərində sosial-məişət xidməti ilə təmin olunurlar.

 

Bu barədə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 10753 nəfəri yaşı 70-dən yuxarı olanlardır. Müvafiq qanunvericiliyə uyğun olaraq, şəhər və qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Sosial işçi  həftədə azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olur, onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərir.

 

Ahıllıq və əlillik səbəbindən özünə qulluq qabiliyyəti olmayan, tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları və ya valideynləri olmayan vətəndaşlar (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda) evlərində sosial xidmətlə təmin edilirlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR