Ramos "Real"ın təklifini rədd etdi

Ramos "Real"ın təklifini rədd etdi
16:42 22 Yanvar 2015
191 İdman
Ölkə mətbuatı
A- A+

“Real”ın futbolçusu Serxio Ramos Madrid klubunun müqaviləni yeniləmək üçün ona göndərdiyi təklifi rədd edib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi 2017-ci ilin iyununda bitəcək müqavilənin müddətini uzatmaq istəməyib.
 
Bildirilib ki, S.Ramos yeni müqavilənin şərtlərini müzakirə etmək üçün "Real"ın prezidenti Florentino Pereslə görüşüb. Ancaq təklif edilən maaş az olduğu üçün S.Ramos F.Pereslə razılaşmayıb.
"Real"ın S.Ramosa illik 6 milyon avro təklif etdiyi iddia olunub.
 
Qeyd edək ki, "Real"ın aparıcı futbolçularından Kriştianu RonalduQaret Beyl illik 11 milyon, Kərim Benzema 8 milyon, İker Kasilyas 4 milyon avro qazanırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/320414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR