Türkiyəli jurnalistlər Dağlıq Qarabağın Azərbaycanlı İcmasını ziyarət ediblər

Türkiyəli jurnalistlər Dağlıq Qarabağın Azərbaycanlı İcmasını ziyarət ediblər
11:02 26 Dekabr 2014
110 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 10:57 ]

Bakı - APA. Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin KİV nümayəndələri Dağlıq Qarabağ  Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ilə görüşüblər.

 

APA-nın xəbərinə görə, görüşdə GAP Qəzetçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetçilər Birliyinin üzvü, “Radyo Tempo”nun sahibi Hamit Özpolat, GAP Qəzetçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, GAP Qəzetçilər Birliyi rəhbərinin müavini Durdu Mehmet Taş, “Kanal 35TV” Yayın Yönetmeni Halit Tunç, “Beyaz TV”-dəki "Dinamit" proqramının aparıcısı və müəllifi Latif Şimşek, millət vəkilləri Qənirə Paşayeva, Elman Məmmədov, Parlament Jurnalistlər  Birliyinin sədri Elşad Eyvazlı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və üzvləri iştirak ediblər.

 

Qonaqları ölkəmizdə salamlamaqdan məmnun olduğunu deyən Bayram Səfərov onlara Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ və Xocalı həqiqətləri, Azərbaycan-Türkiyə münasibətləri, Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan  torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib.

 

Görüşdə iştirak edən millət vəkilləri Qənirə Paşayeva və Elman Məmmədov ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması, Türkiyə və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri barədə fikir mübadiləsi də aparılıb.

 

Qonaqlar Azərbaycanda olmaqdan, daha geniş tanımaqdan məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini, burada özlərini vətəndəki kimi hiss etdiklərini bildirib və Azərbaycanın, Qarabağ və Xocalı soyqırımı həqiqətlərinin daha geniş tanıdılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını və bu səfərin bu istiqamətdə onlar üçün böyük önəm daşıdığını deyiblər.

 

Görüşün sonunda Türkiyəli qonaqlara Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi tərəfindən Azərbaycan, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar və materiallar hədiyyə edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR