Azərbaycanın vergi sistemi mükəmməl quruma çevrilib

Azərbaycanın vergi sistemi mükəmməl quruma çevrilib
16:43 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
“Vergilər” qəzetinin təşəbbüsü ilə Vergilər Nazirliyinin yaranmasının 15 illiyinə həsr olunmuş “Vergi sistemi: 15 ilin uğurları və yeni çağırışların astanasında” adlı “dəyirmi masa” təşkil edilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev Azərbaycanda vergi sistemində atılan uğurlu addımlardan danışıb. O, qəzetlərində dərc edilən materialları keçən illərlə müqayisə edərək bu sahədəki inkişafı vurğulayıb.
Daha sonra çıxış edən Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev Vergilər Nazirliyinin keçdiyi tarixi yola diqqət çəkib: “Vergi sisteminin formalaşması çox uzun bir yol keçib. Əvvəllər vergi inzibatçılığı çox mürəkkəb formada olub. Hətta vergi orqanı əməkdaşları belə müxtəlif çətinliklərlə rastlaşıblar. 1996-cı ildən etibarən vergi sistemində sistemləşdirmə aparılıb. 1999-cu ildən etibarən Ulu Öndər tərəfindən vergi müfəttişliyi və Vergilər Nazirliyi sisteminin struktur dəyişikliyi ilə bağlı olaraq ciddi addımlar atılıb”.
Akif Musayev Vergilər Nazirliyinin yarandığı 15 il müddətində strukturlarda işlərin bir neçə dəfə artdığını, lakin az sayda işçi qüvvəsi ilə keyfiyyətli işi təmin etdiklərini ifadə edib. O vurğulayıb ki, günümüzdə Vergilər Nazirliyinin strukturlarında çalışan işçi sayı MDB ölkələrində bu sahədə vergi ödəyiciləri payına düşən ən az işçi sayıdır. 15 ildir ki, 2500-ə yaxın vergi əməkdaşı nazirliyinin strukturlarında çalışmaqdadır. Baxmayaraq ki, ölkəmizdə 630 mindən çox vergi ödəyicisi var.
Tədbirdə digər çıxış edənlər də Vergilər Nazirliyinin 15 il müddətində əldə etdiyi nailiyyətlərdən, mərkəzdə və regionlarda görülmüş işlərdən danış, mükəmməl bir quruma çevrildiyini qeyd ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR