"Azərbaycan əsgəri düşməni məhv edib, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir"

"Azərbaycan əsgəri düşməni məhv edib, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir"
16:47 22 Yanvar 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın Müdafiə Nazirliyi yalan məlumatlar yaymaqda davam edir
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistanın Müdafiə Nazirliyinə istinadən düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 22-nə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməyimiz barədə yaydıqları məlumatlar yalandır.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib: "Azərbaycan əsgəri cəsarətlə düşməni məhv edərək, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR