Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
16:48 22 Yanvar 2015
160 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov bu ölkənin İdman Konfederasiyası və Olimpiya Komitəsinin sədri, eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Sem Ramsami ilə görüşüb.
Səfirlikdən AzərTAc-a bildirilib ki, E.Poluxov S.Ramsamiyə Azərbaycanda idman sahəsində həyata keçirilən layihələr və ilk Avropa Oyunları barədə məlumat verib. O, səfirlik tərəfindən CAR-da idmanın inkişafına göstərilən dəstək barədə də danışıb.
CAR-ın İdman Konfederasiyası və Olimpiya Komitəsinin sədri Azərbaycan haqqında kifayət qədər məlumatının olduğunu qeyd edib, ölkəmizdə idmanın inkişafına verilən diqqəti yüksək qiymətləndirib. O, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarında qonaq qismində iştirak etməyi planlaşdırdığını söyləyib, bunun tarixi bir tədbir olacağını vurğulayıb.
Elxan Poluxov CAR-ın idman və yenidənqurma naziri Fikile Mbalula və onun müavini Gert Osthuizen ilə də görüşüb.
Görüşdə səfir Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlər barədə söhbət açıb. F.Mbalula ölkəmizdə idmana xüsusi diqqət yetirilməsindən xəbərdar olduğunu söyləyib. Nazir Azərbaycanda idman sahəsində həyata keçirilən islahatları maraqla izlədiyini vurğulayaraq, dəvət olunacağı təqdirdə ilk Avropa Oyunlarında qonaq qismində iştirak etmək istədiyini bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR