Fərda aktrisanı təəccübləndirdi: “Erotik filmə çəkilən Vəfa?”

Fərda aktrisanı təəccübləndirdi: “Erotik filmə çəkilən Vəfa?”
16:51 22 Yanvar 2015
216 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Vəfa Zeynalova yumor ustası Fərda Xudaverdiyevin “Top kimi şou”sunda qonaq olub.

Axşam.az-ın məlumatına görə, yumorist aktrisaya gözlənilməz söz deyib.

F.Xudaverdiyevin “Sizi verilişə dəvət edəcəyimi dedim. Soruşdular ki, hansı Vəfa? Erotik filmə çəkilən Vəfa?” sözlərinə aktrisa təəccüblənib:

“Həqiqətən elə dedilər? Onlar erotikadan bunu bilirlər. Rol aldığım “İlahi məxluq” filmindəki obrazı sosial şəbəkədə çox şişirtdilər. Mən öz obrazımı canlandırmadım, insanlardan birini oynadım. Adamlara deyirəm ki, o obrazın qəhrəmanı sizdən biridir, niyə özünüzü ələ salırsınız? Bizimkilər filmin az bir hissəsinə baxır, müzakirə edirlər. Orada heç nə yoxdur. Bu cahillikdir. Sənətimə ciddi yanaşıram. İşimi bütün çılpaqlığı ilə çatdırıram. Çünki mən peşəkaram”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR