Müdafiə nazirindən savaş mesajı (FOTO)

Müdafiə nazirindən savaş mesajı (FOTO)
16:56 22 Yanvar 2015
230 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri Komandanı general-mayor İbrahim Nasir Məhəmməd Əl-Ələvini qəbul edib.

ANS PRESS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, tərəflər regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini xüsusi vurğulayaraq Silahlı Qüvvələrin şəxsi heyətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin hər qarış torpağını işğalçılardan azad etmək üçün döyüşə hazır olduqlarını diqqətə çatdırıb.

Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səlim Xəlifə Məhəmməd Əl-Ğafli iştirak edib.




Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR