Belçikanın Vaterloo şəhərində Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb

Belçikanın Vaterloo şəhərində Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb
16:58 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Brüssel, 22 yanvar, Vüqar Seyidov, AzərTAc
Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən Vaterloo şəhərində Azərbaycanın gənc rəssamlarının sayca üçüncü sərgisi açılıb.
Fevralın 21-dək davam edəcək sərgidə 23 rəssam və bir heykəltəraşın 105 əsəri nümayiş olunur.
Sərginin açılış mərasimində çıxış edən səfir Fuad İsgəndərov Azərbaycanın dünyada qədim tarixə və mədəniyyətə malik olan bir ölkə kimi tanındığını vurğulayaraq, rəssamlıq sənətinə ölkəmizdə daim yüksək qiymət verildiyini və bu gün bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Diplomat bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq məktəbi ənənələrinin dünyada tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib.
Mərasimdə Vaterloo şəhər burqamistri Serge Kubla azərbaycanlı gənc rəssamların sərgisinə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib. O, Azərbaycan səfirliyinin təşəbbüsü ilə yaxın zamanlarda Vaterloo şəhər parkında Şərq dünyasının ədib və şairəsi, eyni zamanda, rəssam olmuş Xurşidbanu Natəvanın 2,4 metr hündürlüyündə bürüncdən heykəlinin qoyulacağını da rəsmən elan edib.
Açılış mərasimində Belçika ictimaiyyətinin nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Avropa İttifaqının müxtəlif qurumlarının əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Brüssel





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belchikanin_Vaterloo_seherinde_Azerbaycanin_genc_ressamlarinin_sergisi_achilib-826761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR